Bakı metrosunda intihara cəhd: Boşandığı üçün.

"Azadlıq" metrostansiyasında özünü qatarın altına atan sərnişin 33 yaşlı Gəncə şəhər sakini M.Abbasov olub.

Bakı metrosunda intihara cəhd: Boşandığı üçün.
https://peyk.az

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Oxu.Az-ın əvvəl yaydığı məlumata görə, hadisə yanvarın 27-də, saat 18:45-də baş verib.

Şahidlər baş verənləri telefonla çəkiblər.

Qatarın yaxınlaşdığını görən kişi özünü relslərin üstünə atıb. Xoşbəxtlikdən maşinist qatarı vaxtında dayandıra bilib, buna görə M.Abbasov xəsarət almayıb.

M.Abbasovun həyat yoldaşının boşanması səbəbindən intihara cəhd etdiyi müəyyən olunub.

Qeyd edək ki, M.Abbasov əvvəl xuliqanlıq maddəsi ilə məhkum edilib.