Bakıda ərəb turistə qarşı soyğunçuluq edilib

Bakıda Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vətəndaşının maşınını soyublar.

Bakıda ərəb turistə qarşı soyğunçuluq edilib
https://peyk.az

Peyk.az xəbər verir ki, oğurluq paytaxtın Səbail rayonu, Ə.Yaqubov küçəsi 6 ünvanında baş verib.

Belə ki, sözügedən ünvanın qarşısında dayanan “Mercedes-Benz” markalı avtomobilin açıq qapısıdan BƏƏ vətəndaşı, 2000-ci il təvəllüdlü Abdulla Muhammed Ahmed Muhammed Albemairinin içərisində pasportu, adaptor, iki ədəd ətir və 2300 manat məbləğində pul olan əl çantası oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.