Bakıda 2 avtobus toqquşub, xəsarət alan var

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Bakıda 2 avtobus toqquşub, xəsarət alan var
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. 

35 və 40 saylı marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusları toqquşub. Qəza zamanı avtobusda olan sərnişin, 1968-ci il təvəllüdlü İsmayılova Gülbəniz Lətif qızı xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona sol biləyin və qolun əzilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.