"Bakıda 50, Sumqayıtda 40 manat"- Yanvar ayından mənzillər İCBARİ sığorta ediləcək- QİYMƏT AÇIQLANDI

"Bakıda mənzillərin giriş yerinə icbari sığorta ilə bağlı bildirişlər yerləşdirilib. Bildirişdə mənzil sahiblərinin evlərini 20 gün müdətində sığorta etdirmədiyi təqdirdə 30 manat məblğində cərimə olunacaqları əksini tapıb". 

https://peyk.az

Peyk.az bildirir ki, bununla bağlı sonxeber.az-a şikayət daxil olub. Şikayətçi bildirib ki, tarixin və şirkətin kimliyinin qeyd olunmadığı bu yazının nə məqsədlə və hansı şirkət tərəfindən mənzillərin girişinə vurulmasından xəbərsiz və narahatdır. 
Mənzillərə vurulan bildirişdə daşınmaz əmlakın yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə dəyən zərərin ödənilməsi ilə bağlı yazılar öz əksini tapıb. 
Bildirişdə həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə icbari sığorta qanunundan çıxarış və bu sığortanı ödəməyən şəxsləri gözləyən cərimələrin məbləği də qeyd olunub. Bildirişdə icbari sığortanın 20 gün ödənilməsi, əlaqə nömrəsi də var. 
Müraciət edən vətəndaş yazıda əksini tapan icbarı sığorta haqqında qanunun niyə əvvələr deyil, indi tələb olunmasından narahat olduğunu bildirib. 
Qeyd edək ki, bildirişdə icbarı sığortanı ödəməyən şəxslərə xəbərdarlıq edilərək 30 manatdan 50 manatadək miqdarda cərimənin müəyyən ediləcəyi də yer alıb. Yazıda aydın olan isə yalnız bununla əlaqdar müvafiq şəxsin əlaqə nömrəsi və adının qeyd olunması olub. 
Sonxeber.az məsələni aydınlaşdırmaq məqsədi ilə fotofakt kimi redaksiyamıza daxil olan materialda göstərilən əlaqə nömrəsi olan şəxslə telefon bağlantısı yaradıb. Telefon nömrəsi və adı qeyd olunan Kamran Həsənzadə ilə əlaqə yaradılandan sonra məlum olub ki, telefona cavab verən şəxs "Atəşkəs Sığorta" şirkətinin daşınmaz əmlak üzrə nümayəndəsidir: 
"Bu yazını yerləşdirənlər "Atəşkəs Sığorta"- nın nümayəndələridir. Sadəcə olaraq reklama icazə olmadığına görə təşkilatın adı yazılmır. Bu məlumat xarakterli yazıdır. Cərimə olunmasına gəldikdə isə hələ bilinmir hansı qurum cərimə edəcək, yəni ,sığorta şirkəti cərimə etmir. Yanvar ayından sonra evini icbari sığorta etdirməyənlərə cərimə tətbiq olunacaq. Əvvəllər icbari sığorta hüquqi şəxsə aid idi sə, bu sığorta daha sonra Cənab Prezidentimizin tapşırığına uyğun olaraq fiziki şəxslərə də aid edildi. Həmin tapşırığa əsasən bütün mənzillərin icbari sığortalanması nəzərdə tutulur".

Sığorta şirkətini nümayəndəsi deyib ki, cərimələrin kim tərəfindən və necə ediləcəklərindən xəbərsizdilər. Şirkət olaraq icra hakiməyyətindən onlara sadəcə əhalini maarifləndirmək, məlumat vermək tapşırılıb. 
Kamran Həsənzadə mənzillərin sığorta qiymətlərini də açıqlayıb. Belə ki, o Bakı şəhərində olan mənzillərin ildə bir dəfə olmaqla 50 manat, Sumqayıtda olan mənzillərin 40 manat, Xırdalan və Masazırda olan mənzillərin 30 manat icbari sığorta ediləcəyini açıqlayıb. Rayonların hamısında isə bu məbləğ 30 manat təşkil edəcək. 
"Atəşkəs Sığorta" şirkətinin daşınmaz əmlak üzrə nümayəndəsi Kamran Həsənzadə eyni zamanda yanğın və yaxud da bədbəxt hadisə olan zaman sakinlərin dəymiş ziyana görə icra hakimyyətinə pul ödəmələri üçün üz tutduqlarını deyib. O, bu kimi məsələlərin həlli üçün bu işin əhəmiyyətindən danışıb: 
" Bu sığortanı hər kəs ildə bir dəfə 50 manat ödəməklə mənzilini 25 min manatlıq sığorta etdirəcək. Allah etməsin nəsə bədbəxt hadisə olarsa, onda bu ziyan şirkət tərəfindən qarşılanacaqdır. 11 sığorta şirkəti var, vətəndaşların ürəyi hansı sığorta şirkətini istəyirsə ona müraciət edə bilərlər. Sadəcə biz nömrə qoymuşuqsa, məqsəd bizim qapıya gəlib vətəndaşın vaxt itkisini aradan qaldırmaqdır. Bütün sığorta şirkətlərində şəhadətnamə eynidir. Sadəcə orda möhür yeri var, o da hər sığortanın özünü şəxsi olduğunu göstərir. Lazım olanda zəng vurulur, biz müraciət olan ünvana gəlirik. Evin kupçası və ev kimin adınadır, həmin şəxsin fotosunu çəkib yerləşdiririk sistemə, daha sonra daşınmaz əmlak şəhadətnamə var, o kağızı doldurub sistemə vurub təhvil veririk evin sahibinə. Mənzil sahibi 50 manat məbləğini bizə ödəyir, ödəniş daxil olan kimi evin sahibinə ismarıc gəlir. Bu ismarıcla da müraciət edənin mənzili artıq olur sığortalı". 
"Bakıda 50, Sumqayıtda 40 manat"- Yanvar ayından mənzillər İCBARİ sığorta ediləcək- QİYMƏT AÇIQLANDI