“Bakıda ev sahibi olacağıq” – Şenol Güneş

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş “Avro-2020”də qrupun iki oyununu Bakıda keçirəcəkləri barədə yeni açıqlama verib.

“Bakıda ev sahibi olacağıq” – Şenol Güneş
https://peyk.az

Peyk.az “TRT Spor”a istinadən xəbər verir ki, o, Azərbaycanda oynayacaqları üçün məmnun olduğunu söyləyib.

“Amma ilk matçımızı Romada keçirəcəyik. Ona görə də Roma – Bakı marşrutunu keç kim istəmirdi. Səfər uzun olacaq. Amma problem deyil. Biz Bakıda ev sahibi olacağıq” – deyə o bildirib.

Xatırladaq ki, Türkiyə millisi Bakıda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.