Bakıda gənc oğlandan heroin götürüldü

Bakıda 20 yaşlı gəncdən narkotik vasitə götürülüb.

Bakıda gənc oğlandan heroin götürüldü
https://peyk.az

Peyk.az-ın xəbərinə görə, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü E.Məmmədov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1,072 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.