Bakıda gözəllik salonu qarət edilib

Bakıda oğurluğa görə saxlanılan şəxsin daha bir cinayətinin üstü açılıb.

Bakıda gözəllik salonu qarət edilib
https://peyk.az

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polisinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-də rayon ərazisindəki gözəllik salonlarının birindən 4500 manat oğurladığı da müəyyən edilib.

Faktla bağlı bağlı araşdırma aparılır.