Bakıda qonşusunu bıçaqlayan cəzalandırıldı - Hökm

Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Elvin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakıda qonşusunu bıçaqlayan cəzalandırıldı - Hökm
https://peyk.az

Peyk.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan peosesdə hökm oxunub.

Elvin Xəlilov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il iyunun 10-da paytaxtın Xətai rayonu ərazisində yerləşən kafedə baş verib. Elvin Xəlilov sərxoş vəziyyətdə qonşusu Vüqar Novruzovla mübahisə edib. V.Novruzov E.Xəlilovu söyüb və döyməyə başlayıb. Bu zaman E.Xəlilov üstündə olan bıçaqla qonşusuna xəsarət yetirib. V.Novruzov xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.