Bakıda taksi sürücüsü qəzaya səbəb oldu - piyada son anda xilas oldu

Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Peyk.az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə paytaxtda təmir olunan küçələrin birində baş verib. Belə ki, yolun bir tərəfi bağlandığı üçün avtomobillər müvəqqəti olaraq qarşı-qarşıya hərəkət edirlər.

"Mercedes 190" markalı taksi sürücüsü köməkçi yoldan çıxaraq sola getmək istəyir. Bu zaman soldan avtobus gəlir. Sağdan gələn maşını gözləməyən taksi sürücüsü yola çıxan kimi onunla toqquşur.

Hadisə zamanı zərbənin gücündən qopmuş qəlpələr yolun ortasındakı arakəsmə səki ilə gedən piyadaya dəyir.

Piyada son anda ağır xəsarət almaqdan canını qurtarır.