“Barselona” yeni baş məşqçisini rəsmən açıqladı

“Barselona” baş məşqçi postunda dəyişiklik edib. Bu barədə klub rəsmi saytı vasitəsilə bəyanat yayıb.

“Barselona” yeni baş məşqçisini rəsmən açıqladı
https://peyk.az

Belə ki, İspaniya Superkubokundakı uğursuzluqdan sonra Ernesto Valverde istefaya göndərilib. Onun əvəzinə isə bu posta Kike Setyen gətirilib. Yeni çalışdırıcı ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu gün klub Setyeni rəsmən təqdim edəcək.

Qeyd edək ki, Kike Setyenin son klubu "Betis" olub.