Baş nazir: “Rusiya ilə “qaz müharibəsi”nin başlaması istisna olunmur”

Ukraynanın Baş naziri Aleksey Qonçaruk Kiyevin “qaz müharibəsi” fonunda Moskva ilə razılaşmalı olduğunu istisna etməyib.

Baş nazir: “Rusiya ilə “qaz müharibəsi”nin başlaması istisna olunmur”
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə o, Parisdə keçirilən “Normand sammiti”nin yekunlarını şərh edərkən bildirib.

Siyasətçinin sözlərinə görə, Ukrayna tərəfi qaz məsələsində məqsədinə çatdı – “qazın tranziti məsələsini Donbasdakı vəziyyətin müzakirəsindən kənarda qoydu”.

“Müqavilə barədə razılaşmadılar, bunun Parisdə reallaşması da nəzərdə tutulmamışdı. Ukrayna qazla bağlı, bəlkə də sadəcə “qaz müharibəsi” ilə bağlı sadəcə razılığa gələcək”, – deyə baş nazir bildirib. O əlavə edib ki, Ukrayna buna “tam hazırdır”.