Bayram günü faciə: qəza törətdi, qardaşı öldü

Yanvarın 2-də saat 1 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini S.Baxşıyev idarə etdiyi “Runna” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N.Əkbərova məxsus “QAZel” markalı avtomobilə vurub.

Bayram günü faciə: qəza törətdi, qardaşı öldü
https://peyk.az

Peyk.az xəbər verir ki, S.Baxşıyevin sərnişini olan qardaşı Vidadi xəstəxanaya yerləşdirilib və orada ölüb.

Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.