Beren Saatın sevişmə görüntüləri yayıldı

Aktrisa Beren Saatla Metin Akdülgerin "Atiye" serialından sevişmə səhnələri yayılıb.

Beren Saatın sevişmə görüntüləri yayıldı
https://peyk.az

Peyk.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Atiye" serialının ilk 8 seriyası dünən "Netflix" platformasında yayımlanıb. Gənc və gözəl rəssamın mistik səyahətindən danışan layihədə Berenlə Metinin sevişmə səhnəsi sosial şəbəkələrdə daha çox müzakirə olunub.

Məlumat üçün bildirək ki, Beren Saat ssenarisini Nuran Evren Şitin yazdığı, rejissorluğunu Ozan Açıktanın etdiyi mistik serialın premyerasında çox təsirli rol oynadığını bildirmişdi:

" "Atiye" həm canımı incidən, həm də məni dərinləşdirən bir yoldaşdır. Ümid edirəm ki, yolu açıq olacaq. Bunu "Fatmagül" və "Ela"da da hiss etmişdim. Bəzi hekayələr sizdən daha böyükdür və xalqın xeyri üçün populist yolla izah edilməlidir. "Atiye"nin hekayəsindən çox qadın faydalanacaq".

Qeyd edək ki, serial dünyanın ən qədim məbədi olan Göbeklitəpədə bir kəşf tapana qədər İstanbulda yaşayan, sadə və xoşbəxt həyatı olan cütlükdən danışır. Bölgədə qazıntı işləri aparan arxeoloq Erhan, Atiye ilə Göbeklitəpə arasında mistik əlaqəsi olan bir simvol tapır. Atiye ona tamamilə fərqli bir qapı açan bu sirli simvolun izinə düşərək antik məbəddə keçmişini axtarmağa qərar verir. Bu sirr pərdəsi çəkildikcə Atiyenin qarşısına çıxan hadisələr onun keçmişini və gələcəyini, gerçəklik və mənəviyyat arasındakı hər şeyi şübhə altına alacaq.