“Beşiktaş”ın yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Beşiktaş”ın yeni baş məşqçisi MÜƏYYƏNLƏŞDİ
https://peyk.az

Peyk.az-ın məlumatına görə, İstanbul klubunun “sükanı arxası”na Sərgən Yalçın keçib.

O, istefaya göndərilən Abdullah Avçını əvəzləyib.

Yeni baş məşqçi ilə 6 aylıq anlaşma əldə olunub. 47 yaşlı mütəxəssisin özü də klub rəhbərliyi ilə anlaşdıqlarını təsdiqləyib: “Mən heç vaxt pul söhbəti etməmişəm. “Beşiktaş”lı pul söhbəti etməz. Komanda çətin vəziyyətdədir. Hər kəs əlini daşın altına qoymalıdır”.

Qeyd edək ki, S.Yalçının baş məşqçi kimi son iş yeri cari mövsümün gedişində ayrıldığı “Yeni Malatyaspor” olub.