Bir metrə qədər böyüyə bilən 11 kq ağırlığında dünyanın ən böyük çiçəyi

Dünyanın ən böyük çiçəyi olaraq tanınan Raflesya İndoneziyanın qərbi Sumatra şəhərində tapılıb.

Bir metrə qədər böyüyə bilən 11 kq ağırlığında dünyanın ən böyük çiçəyi
https://peyk.az

Çox nadir və qeyri-adi bir görünüşə sahib olan bu çiçək haqda elə də çox məlumat yoxdur. Çiçək hələ də öz sirrini qoruyub saxlayır. 

Raflesya çiçəyi 1818-ci ildə İndoneziyanın yağış meşələrində təbiətşunas Cozef Arnold tərəfindən tapılıb. Boyu böyük olsa da, ömrü çox qısadır, çiçək cəmisi iki həftə yaşayır.

İndoneziyada Sumatra, Borneo adalarında və Taylandakı “Khao Sok” Milli Parkında Raflesya çiçəkləri var. Bir metrəyə qədər böyüyə bilən çiçəyin çəkisi isə 11 kiloqramdır.