“Bitmiş alçaq” sözünə görə futboldan uzaqlaşdırıldı

Rusiya Futbol İttifaqı SSKA-nın prezidenti Yevgeni Qinerə sərt cəza tətbiq edib.

“Bitmiş alçaq” sözünə görə futboldan uzaqlaşdırıldı
https://peyk.az

Peyk.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Moskva klubunun prezidenti 3 ay müddətində futbol fəaliyyətindən uzaqlaşdırıb.

Qərarın verilməsinə Qinerin Rusiya Futbol İttifaqının Hakim və İnspektorlar Departamentinin sədri Aleksandr Yeqorovu təhqir etməsi göstərilib. O, “Krasnodar”la Premyer Liqa matçından (1:1) sonra o, hakimlikdəki problemlərə görə Yeqoruvu “bitmiş alçaq” adlandırıb və ona özünü güllələməyi təklif edib.