“Biz ABŞ-ın hücum edəcəyini gözləyirdik” – Ruhanidən şok etiraf

“Ukraynanın hava yollarına məxsus “Boinq” sərnişin təyyarəsinin vurulmasında məsul şəxslər məsuliyyətə cəlb olunacaq”.

“Biz ABŞ-ın hücum edəcəyini gözləyirdik” – Ruhanidən şok etiraf
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

Ruhani bildirib ki, bu bağışlanmaz səhvə görə məsuliyyət daşıyanlar cavab verəcəklər.

O, ölkənin silahlı qüvvələrinin səhvən ABŞ-dan hücum gözləyən Ukrayna təyyarəsini vurması ilə əlaqədar başsağlığı verib:

“Amerika təcavüzkar rejiminin Qasım Süleymaninin şəhid olmasından sonra İran xalqını hədələməsi və qorxutması vəziyyətində, İranın silahlı qüvvələri Birləşmiş Ştatların mümkün hücumlarına qarşı müdafiəyə tam hazır idi.

Təəssüf ki, insan amili və səhv bir başlanğıca böyük bir səbəb oldu. Təəssüf doğuran bir fəlakətdir. İran Prezidenti olaraq bu ağır fəlakət nəticəsində ölənlərin ailələrinə başsağlığı verirəm”.

İran prezidenti vurulan Ukrayna təyyarəsinin kompensasiyası üçün bütün tədbirlərin görülməsini əmr edib. O, gələcəkdə belə fəlakətlərin təkrarlanmaması üçün hava hücumundan müdafiə sistemindəki çatışmazlıqların aradan qaldırılmasının vacibliyini də açıqlayıb.