Bizim millət çox ikiüzlüdür - Mesrobyan

Ermənilərin düşüncə sistemi ilə bağlı ciddi problemləri var.

Bizim millət çox ikiüzlüdür - Mesrobyan
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Ermənistan mediasına müsahibəsində Ermənistan İctimai şurasının üzvü, idarəetmə üzrə mütəxəssis, texniki elmlər namizədi Arutyun Mesrobyan deyib.

“Biz ermənilər dövlət mentalitetindən məhrumuq. Bizdə hətta hakim elita da yoxdur. Nə hakimiyyət, nə də struktur dəyişikliyi vəziyyəti düzəldəcək. Dövlət idarəetmə sistemimiz 1991-ci ildən savadsız şəkildə qurulub, ölkənin qarşısına qoyduğu məqsədlərə cavab vermir. Bizim təhrif olunmuş düşüncəmiz var. Uzun illər dövlətçilikdən məhrum olmuşuq. Ermənistanda sağlam, layiqli insanın çoxlu sayda problemi var, ləyaqətsizlərin isə demək olar ki, problemi yoxdur”, - deyə mütəxəssis bildirib.

İkiüzlülük və riyakarlıq barədə sualı cavablandıran Mesrobyan ermənilərin qatı ikiüzlü olduqlarını vurğulayıb:

“Biz açıq mühitdə tamamilə fərqliyik, nəinki qapalı mühitdə. Ən dəhşətlisi isə odur ki, biz ermənilər hamımız eyniyik, heç nə ilə fərqlənmirik. İnsanların hazırki və ya keçmiş hakimiyyəti tənqid etməyə haqları yoxdur, çünki hamımız eyniyik. Keçmiş hakimiyyətin hazırki xələfini, hazırkı hakimiyyətin isə keçmiş hakimiyyəti tənqid etməyə haqqı yoxdur. Bizə keçmişdə Ermənistanda baş vermiş və hazırda baş verməyən bir hadisəni nümunə gətirin”.