“Bizim üçün çempionluq yarışı bitib” - İlkay Gündoğan

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan  Premyer Liqada bu mövsümkü çıxışlarını dəyərləndirib.

“Bizim üçün çempionluq yarışı bitib” - İlkay Gündoğan
https://peyk.az

Peyk.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi “şəhərlilər”in çemponluq uğrunda  mübarizəsininin demək olar ki,  başa çatdığını deyib: “Bizim üçün çətin bir mövsümdür. Düzünü demək lazımdırsa, çempionluq çox uzaqdadır. Bizim üçün mübarizənin bitdiyini inkar edə bilmərik. Növbəti ildə Çempionlar Liqasına qatılmaq uğrunda yarışmalıyıq. Mövsümün əvvəlindən bu qədər fərqin olmasına alışmamışıq”.

Qeyd edək ki, 46 xalla “Liverpul”un başçılıq etdiyi turnir cədvəlində “Mançester Siti” 32 xalla 3-cü yeri tutur.