Borjomidə qətlə görə restoranlar bağlandı

Gürcüstanın Borjomi şəhərində axşam saat 23:00-dan sonra restoranlar bağlanır.

Borjomidə qətlə görə restoranlar bağlandı
https://peyk.az

Peyk.az-ın əməkdaşı qonşu ölkədə olarkən öyrənib ki, buna səbəb təhlükəsizliklə bağlıdır.

Müxbirimizə deyilib ki, bir müddət əvvəl Borjomidəki restoranların birində baş verən qətl, ardınca başqa kafelərdə insidentlərin təkrarlanması belə qərar verilməsinə səbəb olub.

Borjomi kiçik, 14 min nəfər əhalisi olan şəhərdir. Bura hər gün turistlər axışır. Borjomi rəhbərliyi kriminal hadisələr artmasın deyə gecələr restoranları bağladır.