"Borussiya"nın futbolçusu evində yıxıldı

"Borussiya" (Dortmund) ciddi itki ilə üzləşib.

https://peyk.az

Peyk.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, komandanın yarımmüdafiəçisi Aksel Vitsel evində yıxılaraq üzündən xəsarətlər alıb. Bu səbəbdən əməliyyat olunan 30 yaşlı oyunçunun ayın sonuna kimi oynamayacağı bildirilib.

Qeyd edək ki, A.Vitsel bu mövsüm 13 matçda 3 qol vurub, 3 qolun ötürməsini verib.