Böyük təhlükə: ABŞ və Rusiyanın döyüş gəmiləri üz-üzə gəldi

Oman dənizində ABŞ və Rusiyanın hərbi gəmiləri arasında təhlükəli anlar yaşanıb.

Böyük təhlükə: ABŞ və Rusiyanın döyüş gəmiləri üz-üzə gəldi
https://peyk.az

Peyk.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiyanın hərbi gəmisi ABŞ donanmasına məxsus “USS Farragut” adlı döyüş gəmisinə təhlükəli şəkildə yaxınlaşıb. Xəbərdarlıqlara baxmayaraq, Rusiya gəmisi hərəkətini davam etdirib. Lakin son anda gəmilər manevr edərək toqquşmadan yayınıblar. Rusiya və ABŞ tərəfi hələlik məsələyə rəsmi münasibət bildirməyib.