Messinin uşaqlarının "Qızıl top" sevinci - Video

Hollivudun keçmiş həyat yoldaşı olan ulduzları Bred Pitt və Cennifer Enistonun Los-Ancelesdəki Ekran Aktyorları Gildiyasının (SAG) mükafatının təqdimetmə mərasimində baş tutan görüşü onların yenidən birləşmələri barədə şayiələri gücləndirib.

Messinin uşaqlarının
https://peyk.az

Bu barədə “Daily Mail” xəbər yayıb.

Pitt “Bir dəfə Hollivudda” filmdə ikinci dərəcəli roluna görə, Cennifer isə “Səhər Şousu” dram serialında “ən yaxşı aktrisa” kimi mükafata layiq görülüblər.

Təbrik mübadiləsi aparan aktyorların ürəkdən qucaqlaşması və bir-birlərinə coşğuyla baxması nəzərlərdən yayınmayıb.

Cenniferə mükafat təqdimatı zamanı onu böyük ekranda seyr edən Pittin heyranlığı da jurnalistlərin diqqətini çəkib.

Qeyd edək ki, bir müddət əvvəl ikinci həyat yoldaşı Ancelina Coli ilə boşanma mərhələsində olan Pitt zarafatla bildirmişdi ki, “qəlbi boşdur”.

 

 

​​​​​​​