BŞİH "28 May"dan qəzet köşklərinin götürülməsinin səbəbini AÇIQLADI

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) metronun "28 May" stansiyasının yaxınlığından qəzet köşklərinin götürülməsinin səbəbini açıqlayıb.

BŞİH
https://peyk.az

BŞİH-dən bildirilib ki, ərazidə yenidənqurma işləri həyata keçiriləcək.

"Prezident İlham Əliyev noyabrın 19-da həmin ərazidə olarkən tapşırıqlarını verdi. Yenidənqurma işləri 2020-ci ilin yanvarından başlayacaq. İşlər başa çatdıqdan sonra köşklər yerinə qaytarılacaq. Bakıda qəzet köşklərinin yığışdırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir" - məlumatda qeyd olunub.