Bu azərbaycanlılar Rusiyadan deport edildi

Rusiyanın Kamçatka vilayətindən qovulan 170-dən çox miqrantın içərisində azərbaycanlılar da olub.

Bu azərbaycanlılar Rusiyadan deport edildi
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə "Rrossaprimavera.ru" saytı məlumat yayıb.

Qeyd olunur ki, 2019-cu ildə 176 xarici vətəndaş qanun pozuntusuna görə Kamçatka ərazisinin icraçıları tərəfindən Rusiyadan deport olunub.

Bildirilir ki, Kamçatka ərazisindən çıxarılan əcnəbilərin əksəriyyəti Azərbaycan, Özbəkistan, Ukrayna, Ermənistan və Qırğızıstan vətəndaşları olub. Onlar bura müvəqqəti iş icazəsi ilə gəlsələr də, müddət başa çatdıqdan sonra geri qayıtmayıblar.

Miqrasiya qanunvericiliyini pozanların hamısının Rusiyaya 5 il müddətinə girişi qadağan edilib.