“Bu məsələdə acizdirlər” - Rus generaldan NATO-ya şok cavab

NATO Baş katibi Yens Stoltenberqin Rusiyanın “İsgəndər” komplekslərini yerləşdirməsinə alyansın ilin sonuna qədər cavab verəcəyinə dair bəyanatına Rusiyadan cavab gecikməyib.

“Bu məsələdə acizdirlər” - Rus generaldan NATO-ya şok cavab
https://peyk.az

Peyk.az xəbər verir ki, Rusiya Quru Qoşunlarında Hava Hücumundan Müdafiə Qüvvələri komandanının sabiq müavini, istefada olan general-leytenant Aleksandr Luzan ABŞ-ın “Patriot” sistemlərinin zəif təsirə malik olduğunu söyləyib.

Onun sözlərinə görə, NATO-nun istifadə etdiyi mövcud hava və raketdən müdafiə sistemləri “İsgəndər” komplekslərinə qarşı müqavimət göstərmək gücündə deyillər: “ABŞ-ın “Patriot”ları belə zəif təsirə malikdir. ABŞ-ın buna müqavimət göstərə bilməyəcəyi İran tərəfindən İraqdakı ABŞ bazalarına edilən hücum zamanı bir daha aydın oldu. İranlılar 14 raket atdı, bunlardan 10-u hədəfi vurdu, 4-ü ya məhv edildi, ya da texniki nasazlıq ucbatından hədəfə çata bilmədi”.

Aleksandr Luzan qeyd edib ki, hazırda Avropada yalnız Fransa və İngiltərə raketdən müdafiə komplekslərini inkişaf etdirə bilib: “Fransa və Almaniya bu sahədə ortaq çalışsalar da, bütün bu komplekslər yaxınmənzillidir və ballistik raketlərlə mübarizə edəcək gücə malik deyil”.