“Bu ölkəyə ordu göndərəcəyik” – Diqqət Putin və Ərdoğanda

“Liviya hökuməti Türkiyədən hərbi dəstək istəyib”.

“Bu ölkəyə ordu göndərəcəyik” – Diqqət Putin və Ərdoğanda
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Türkiyənin rabitə naziri Fəxrəddin Altun açıqlama verib.

Nazir bu istəyin yerinə yetiriləcəyini istisna etməyib: “Prezident Ərdoğanın da dediyi kimi, anlaşmanın şərtlərini yerinə yetirəcəyik. Qarşılıqlı maraqlarımızı qoruyacağıq və Aralıq dənizində sabitliyi bərpa edəcəyik”.

Altun Türkiyənin hansı tarixdə Liviyaya ordu göndərəcəyini açıqlamasa da yerli KİV Rəcəb Tayyib Ərdoğanın bu məsələni gələn ay Ankaraya səfərə gələn rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edəcəyinə diqqət çəkib.

Əlavə edək ki, bir neçə gün əvvəl İstanbulda Liviya hökuməti və Türkiyə arasında hərbi anlaşma imzalanıb.