Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Cəlilabadda 19 yaşlı gənc küt alətlə döyüldü
https://peyk.az

Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini 2000-ci il təvəllüdlü Sadıqov Sadiq Rövşən oğlu naməlum şəxs tərəfindən küt alətlə döyülüb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.