Cəlilabadda "Mersedes" su kanalına düşdü

Cəlilabad rayonunda yol qəzası baş verib.

Cəlilabadda
https://peyk.az

Peyk.az xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mersedes Vito” markalı avtomobil körpüdən yuvarlanaraq yolun kənarındakı su kanalına düşüb. Hadisə nətcəsində xəsarət alan olmayıb.

Qəzaya ilkin səbəb kimi qarlı hava şəraiti göstərilir.

Qeyd edək ki, bu gün Cəlilabad rayonunun Badamağac, Şatırlı, Əsədli, Ləkin və Zəhmətabad kəndlərinə qar yağıb. Hazırda bu kəndlərdə qarın səviyyəsi 7 sm-ə çatıb.