Cangüdənlər prezidenti teatr binasından güclə çıxardılar

Fransada təqaüd islahatlarına qarşı aksiyalar keçirən etirazçılar prezident Emmanuel Makronun Parisdə tamaşa izlədiyi teatr binasına daxil olmaq istəyiblər.

Cangüdənlər prezidenti teatr binasından güclə çıxardılar
https://peyk.az

Peyk.az xəbər verir ki, Fransanın bəzi qəzetləri tərəfindən sosial mediada Makronun teatr binasında olduğu haqda paylaşımlar etməsi etirazçıları bu istiqamətdə toplaşmasına səbəb olub.

Etirazçılar Makrona qarşı şüarlar səsləndiriblər və teatr binasına girməyə cəhd ediblər.

Prezident Makron teatrdan təhlükəsizlik qüvvələrinin tədbirləri nəticəsindən ayrıla bilib.

Qeyd edək ki, dekabrın 5-dən başlayaraq Fransada prezidentin pensiya islahatlarına qarşı ciddi nümayişlər təşkil olunur.