Cavad Zərifə qarşı aksiya - İstefası tələb edildi

Bugün Tehranda bir qrup mühfizakar ölkənin Xarici İşlər naziri Cavad Zərifə qarşı aksiya keçirib.

Cavad Zərifə qarşı aksiya - İstefası tələb edildi
https://peyk.az

Peyk.az xəbər verir ki, 24 yanvar tarixində Alman jurnalına müsahibəsi zamanı Zərif, “Biz hələ müzakirə masasındayıq” ifadəsini işlədərək, ABŞ-la müzakirələrə hazır olduqlarını bildirmişdi.

Cavad Zərifin bu sözlərindən qəzəblənən mühafizəkar düşüncəli insanlar Tehranda yerləşən Xarici İşlər Nazirliyinin önünə toplaşıblar.

Aksiyaçılar əllərində ABŞ tərəfindən öldürülən Qasım Süleymaninin portretlərini və üzərinə “Zərif utan, istefa ver” sözləri yazılmış plakartlar daşıyaraq, "Amerika və İngiltərəyə ölüm" şüarları səsləndiriblər.