Cerrard Şotlandiya klubunda qalır

Stiven Cerrard baş məşqçisi olduğu "Reyncers"lə yeni müqavilə imzalayacaq.

Cerrard Şotlandiya klubunda qalır

Peyk.az "Sky Sports"a istinadən xəbər verir ki, bu məlumatı 39 yaşlı mütəxəssisin özü təsdiqləyib. Bildirilir ki, onunla müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılacaq. Şotlandiya təmsilçinin bu haqda yaxın vaxtlarda elan edəcəyi bildirilib.

Qeyd edək ki, "Reyncers" hazırda Şotlandiya çempionatında 38 xalla 2-ci pillədə qərarlaşıb.