Çin bu il dəmir yollarının tikintisinə 114 mlrd. dollardan çox investisiya yatıracaq

Çin 2020-ci ildə dəmir yollarının tikintisinə təxminən 800 mlrd. yuan (114,4 mlrd. ABŞ dolları) sərmayə yatırmağı planlaşdırır.

Çin bu il dəmir yollarının tikintisinə 114 mlrd. dollardan çox investisiya yatıracaq
https://peyk.az

Peyk.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, avtomobil və su yollarının tikintisinə yatırılacaq investisiyalar təqribən 1,8 trln. yuan (258,4 mlrd. dollar), mülki aviasiyanın inkişafına isə sərmayə qoyuluşu 90 mlrd. yuan (12,9 mlrd. dollar) təşkil edəcək.

2019-cu ildə Çinin nəqliyyat sektorunda əsas kapitala investisiya qoyuluşu 3,2 trln. yuandan (459,4 mlrd. dollar) çox olacağı gözlənilir.