Çin Məsud Özili uyğur bölgəsinə dəvət etdi

Çin Xarici İşlər Nazirliyi Pekinin Sincan Uyğur Muxtariyyətində yaşayan uyğurlara təzyiq siyasətini kəskin tənqid edən türk futbolçu Məsud Özili bölgəyə dəvət edib.

Çin Məsud Özili uyğur bölgəsinə dəvət etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, XİN-dən verilən açıqlamada İngiltərənin “Arsenal” futbol klubunun oyunçusuna Qərb təbliğatına uymamaq tövsiyə olunub.

Məsələ ilə əlaqədar açıqlama verən nazirliyin sözçüsü Ginq Şuenq bildirib ki, Qərbin yaydığı dezinformasiyanın təsirinə düşməmək və bölgəni öz gözləri ilə görmək üçün Məsud Özili Sincana dəvət edir.

Ginq qeyd edib ki, Sincan Çinin ayrılmaz tərkib hissəsidir və Özildən fərqli olaraq, tarixin heç bir dönəmində “Şərqi Türküstan” adlandırılmayıb.

“Özili Sincanda baş verənləri yaxından görmək üçün bura dəvət edirik. Vicdanlı olsa, Sincanın deyiləndən daha fərqli yer olduğunu görəcək”.

Türk futbolçu sosial şəbəkə hesabında Sincan Uyğur Muxtariyyətini “Şərqi Türküstan” adlandırıb və Çinin bölgəyə yönəlik siyasətini sərt şəkildə tənqid edib.

Çin Futbol Federasiyası (CFA) paylaşımlara görə, Məsud Özilə reaksiya verib. Çin dövlət televiziyası CCTV və PPTV telekanalı isə Özilin açıqlamalarından sonra “Arsenal” və “Mançester Siti” arasında keçirilən matçı dayandırmışdı.