Consondan gözlənilməz: Aİ-nin qanunlarına ehtiyac yoxdur

Böyük Britaniyanın Baş naziri Boris Conson Böyük Britaniyanın Avropa İttifaqının ticarət qanunlarına əməl etməsinə ehtiyac olmadığını deyib.

Consondan gözlənilməz: Aİ-nin qanunlarına ehtiyac yoxdur
https://peyk.az

Peyk.az xəbər verir ki, o, ölkəsi ilə Aİ arasında Kanada tipli sərbəst ticarət razılaşmasının olmasını istədiyini bildirib. Baş Nazir Britaniyanın artıq seçimini etdiyini və Aİ ilə razılıq əldə edilməzsə ticarət əlaqələrinin mövcud Ayrılıq Sazişi əsasında olacağını vurğulayıb.

Qeyd edək ki, Kanadanın məhsulları bu ölkənin 2018-ci ildə imzaladığı ticarət müqaviləsi ilə Aİ bazarına 98 gömrük vergisi ödənmədən daxil olur.