"Çox dua etdim ki..." - Abbas küsülü olduğu Zamiqdən danışdı

"Mən Röyanı Zamiqə qısqanmıram.

https://peyk.az

Şəxsi münasibətlərimizin başqasına aiddiyyəti yoxdur. Əgər Zamiqlə münasibətim yoxdursa, Röyaya deyim, Zamiqlə şəkil paylaşma? O da insandır. Sevilir, özünəməxsus həyat tərzi var. Heç kimlə düşmənçiliyim yoxdur".

Peyk.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov "Show News"un suallarını cavablandırarkən küsülü olduğu həmkarı Zamiq Hüseynov haqda deyib.

Sənətçi bildirib ki, Zamiqin ata olma xəbəri onu sevindirib:

"Münasibətdə müəyyən problemlər var, bəlkə, zamanı gələr dəyişilər. Görüşəndə "salam-sağ ol" edirik. Dəfələrlə məclislərdə səhnəyə çıxanda bir-birimizi elan edirik. Elə məclislər olub ki, eyni masada da əyləşmişik. Uğurlarına sevinirəm. Mən də atayam, çox sevindim. Çox dua etdim ki, salamat böyüsün, valideynlərinə layiqli övlad olsun. Üz-üzə gəlsək, təbrik edərəm".

Qeyd edək ki, sənətçilər uzun müddətdir küsülüdür. A.Bağırov küsülülüyün səbəbi kimi Zamiqin onun ad gününü yarımçıq tərk etməsi və ailəsindəki xeyir işinə gəlməməsini göstərib.