Dəhşətli yanğın: 19 nəfər öldü, 3-ü yaralandı

Dəhşətli yanğın: 19 nəfər öldü, 3-ü yaralandı
https://www.peyk.az

Çinin şərqində yerləşən Çjeszyan əyalətində istehlakın mallarının istehsalı ilə məşğul olan fabrikin binasında yanğın baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, fabrikin yerləşdiyi Ninxay rayonunun hakimiyyətindən verilən məlumata görə, hadisə 19 insanın həyatına son qoyub, daha 3 nəfər zərər çəkib.

Bazar günü yerli vaxtla təxminən 13:20-də başlayan yanğını 16:00-da söndürülüb. Amma yanğınsöndürənlərin operativ işinə baxmayaraq, qurbanların böyük sayından qaçmaq mümkün olmayıb.

Yanğının səbəbləri hələ müəyyyən edilməyib, araşdırma aparılır.