Daninin durumu necədir? – Qurban Qurbanov açıqladı

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın zədəli futbolçusu Dani Kintananın son durumu məlum olub.

Daninin durumu necədir? – Qurban Qurbanov açıqladı
https://peyk.az

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Qol.az-ın Antalyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, bu gün məşqdə iştirak etməyən ispaniyalı yarımmüdafiəçinin zədəsi çox ciddi deyil və yaxın günlərdə komanda ilə birgə məşqə qoşulacaq.

Qeyd edək ki, Dani Kintana Bakıdakı məşqdə topuq hissəsindən zədələnib.