Davudoğlunun partiyasındakı erməni: “Məcburuq...” - Şok qərar

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu vaxtilə baş müşaviri olmuş erməni əsilli siyasətçi və yazar Etyen Mahçupyanı qurduğu Gələcək Partiyasına dəvət edib.

Davudoğlunun partiyasındakı erməni: “Məcburuq...” - Şok qərar
https://peyk.az

Peyk.az xəbər verir ki, partiya qurucularından hesab olunan Etyen Mahçupyan artıq maraqlı açıqlamalarla çıxış etməyə başlayıb. O, hər bir partiya ilə ittifaq qurmağa hazır olduqlarını bəyan edib.

“1 yaxud 51 faiz səs alsaq da, dəyişilməyən yeganə şey var. Heç bir partiya Türkiyənin problemlərini tək başına həll edə bilməz. Başqaları ilə birgə hərəkət etmək məcburiyyətindəsiniz”, - deyə Mahçupyan söyləyib.

Onun sözlərinə görə, Əhməd Davudoğlu öz bildikləri və yaşadıqları barədə danışarsa, bütün yaxın tarix başqa cür yazılacaq.

Xatırladaq ki, Davudoğlunun baş nazir olduğu dönəmdə müşavir vəzifəsində çalışan Mahçupyanın PKK lideri Abdullah Öcalan haqda verdiyi açıqlama, eləcə də qondarma “erməni soyqırımı” haqda səsləndirdiyi fikirlər etirazlara səbəb olmuşdu. O, baş müşavir vəzifəsindən 2015-ci ilin martında azad edilmişdi