Di Mariya “Qalatasaray”a qarşı oynamayacaq

PSJ-nin futbolçusu Anxel di Mariya Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda  “Qalatasaray”la matçda iştirak etməyəcək.

Di Mariya “Qalatasaray”a qarşı oynamayacaq
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi əzələ ağrısı səbəbindən oyunu buraxacağı bildirilib.

Qeyd edək ki, PSJ-“Qalatasaray” görüşü bu gecə saat 00:00-da start götürəcək.