Diqqət! Internet Explorer işlətməyin: Təhlükəli bir açıq daha tapıldı

Microsoft-un tərk etdiyi, gülməli capslara mənbə olan köhnəlmiş brauzeri İnternet Explorer-in dövrü bildiyiniz kimi Edge Brauzer ilə sonlandırıldı.

Diqqət! Internet Explorer işlətməyin: Təhlükəli bir açıq daha tapıldı
https://peyk.az

Lakin hələ də İnternet Explorer-in yüklü olduğu komputer və əməliyyat sistemləri var. Keçən günlərdə iddialara görə İnternet Explorer brauzerində ciddi təhlükəsizlik açığı aşkarlandı. Amma Microsoft tərəfindən rəsmi bir açıqlama gəlməmişdi. Bu gün isə Microsoft bunu rəsmi olaraq təsdiqlədi.

İnternet Explorer-dəki bu açıq ilə Xakerlər sistemə uzaqdan müdaxilə edib bəzi kodları aktivləşdirə bilirlər.

        Microsoft bildirdi ki, bu açıq hal-hazırda xakerlər tərəfindən istifadə olunur və bunun üçün tətbiq edəcəkləri bir planları indilik yoxdur. Lakin bəzi düzəltmələr etmək üçün işlərə başlayıblar. Texniki dəstəyi kəsilən Windows 7 daxil olmaqla Internet Explorer istifadə edilən bütün Windows əməliyyat sistemlərində bu açıq var. Bunun eynisi keçən həftələrdə Mozilla Firefox brauzerində olmuşdu və şirkət istifadəçilərə xəbərdarlıq etmişdi ki, brauzerləri yeniləyin. İndi görünən odur ki, Firefox-dakına bənzər bir şey İnternet Explorer-də  də baş verib. 

        Bu təhlükəli açıqları kəşf edən isə təhlükəsizliklə məşğul olan Qihoo 360 oldu. Microsoft rəsmilərinin dediklərinə görə 11 Fevralda bu açıq üçün bir yenilənmə yayımlayacaqlar. O səbəbdən dəyərli Technote izləyiciləri, 11 Fevrala qədər İnternet Explorer istifadə etməyin.