Doğum evində ölü kimi qələmə verilən körpəni erməni ailəsinə veriblər

Azərbaycanda ölü kimi qələmə verilən körpə erməni ailəsinə övladlığa verilib.

Doğum evində ölü kimi qələmə verilən körpəni erməni ailəsinə veriblər
https://peyk.az

Peyk.az xəbər verir ki, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişinə daxil olan məktubda məlumat verilib.

Verilişə məktubla müraciət edən qadın bildirib ki, milli mənsubiyyətini və bioloji valideynlərini axtarır: " Mən 1988-ci ildə Gəncə şəhərində anadan olmuşam. Həkimlər valideynlərimə öldüyümü deyiblər. Bir neçə gün sonra məni erməni ailəsinə övladlığa veriblər. Daha sonra isə məni erməni valideynlərim tərəfindən İrəvana aparılmışam. Hazırda evliyəm, 2 uşaq anasıyam".