Donald Tramp az öncə canlı yayımda açıqladı - ABŞ-İran müharibəsi...

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti olduğum müddətcə İrana nüvə silahı əldə etməyə icazə verməyəcəm".

Donald Tramp az öncə canlı yayımda açıqladı - ABŞ-İran müharibəsi...
https://peyk.az

Peyk.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. O qeyd edib ki, ötən gecə İraqdakı ABŞ hərbi bazalarına raket hücumu zamanı həlak olan və yaralanan amerikalı yoxdur.

"Erkən xəbərdarlıq sistemi sayəsində itkilərin qarşısını aldıq. ABŞ-a təşəkkür etmələri gərəkirdir, ölüm şüarları səsləndirdilər. Nüvə razılaşmasından əldə etdikləri pullarla terror hücumuna başladılar. Dünən gecə atılan raketlərin pulları müttəfiqlərimiz və əvvəlki ABŞ rəhbərliyi tərəfindən ödənmişdi.

İran nüvə həvəsindən imtina etməli və terror sevgisinə son qoymalıdır.

İran nüvə sazişinin keçmiş qalıqlarından uzaqlaşmalı, birlikdə çalışaraq yeni saziş imzalamalıyıq.

İran zorakılığı artırır. ABŞ İran rejiminə dəqiq cavab verməlidir. Heç kim sizin vəhşilik və terror üsullarınıza dözə bilməz.

Bu gün NATO-dan daha çox addım atmasını və Yaxın Şərqə daha çox töhfə verməsini istəyəcəyəm.

Yaxın Şərq neftinə ehtiyacımız yoxdur. ABŞ ordusu mənim rəhbərliyim altında tamamilə yeniləndi.

Raketlərimiz böyük, güclü, kəskin, sürətli və ölümcüldür. Onlardan istifadə etmək istəmirik. ABŞ-ın gücü həm hərbi, həm də iqtisadi cəhətdən nəhəngdir".