Döngəyə sürətlə girən sürücü motosikletçini vurdu - Bayker havada uçdu - VİDEO

Dəhşətli avtomobil qəzasının görüntüləri yayılıb.

Peyk.az xarici mətbuata istinadla xəbər verir ki, döngəyə sürətlə girib əks yola çıxan avtomobil qəzaya səbəb olub.

Yüksək sürətlə hərəkət edən avtomobil öz yolu ilə gələn motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü bir neçə dəfə havada fırlanaraq yerə çırpılıb.

Manchester Evening News yazır ki, 60 mil/saat limit qoyulan dar döngəyə 70 mil/saat sürətlə daxil olan avtomobil ağır qəza törədib.

İngiltərənin Yorkşir qraflığında yaşayan 35 yaşlı bayker tormoz versə də, motosikletini qaçırtmaq üçün imkan olmayıb. Onun sümükləri bir neçə yerdən qırılıb.