Döşəkdə yatmamaq bu xəstəlikləri yaradır

Rusiyada əhalinin nədə yatdığını öyrənmək məqsədilə 40 yaşlı insanlar arasında sorğu keçirilib.

Döşəkdə yatmamaq bu xəstəlikləri yaradır
https://peyk.az

"Blue Sleep" şirkətinin apardığı sorğu nəticəsində məlum olub ki, vətəndaşların demək olar ki, yarısı yuxu keyfiyyətinə əməl etmir. 5 rusiyalıdan yalnız biri ortopedik döşəkdə yatır.

Respondentlərin yarıdan çoxu adi döşəkdən istifadə etdiyini etiraf edib. Sorğuda iştirak edənlərin 25%-i isə cavab verməkdə çətinlik çəkib.

Nəticələrə əsasən, rusiyalıların 6%-i matras istifadə etmədən divanda yatır. Onlar yuxusuzluqdan əziyyət çəkdiklərini etiraf edib.

Həkimlər yuxusuzluqla mübarizədə sağlam həyat tərzi keçirməyi tövsiyə edir. Respondentlərin 40%-i isə idmandan uzaq olduqlarını deyib.