Dünyada ilk dəfə 16 GB-lıq RAM-ı əldə edəcək smartfonun adı məlum oldu

Smartfon istehsalçıları tez-tez öz cihazlarına yüksək göstəricili RAM-lar quraşdırırlar.

Dünyada ilk dəfə 16 GB-lıq RAM-ı əldə edəcək smartfonun adı məlum oldu
https://peyk.az

Lakin bütün dünyada məşhur olan şirkətlərdən biri daha da irəli getmək qərarını verib. Yeni məlumata əsasən məşhur şirkətin gamer smartfonu 16 GB-lıq RAM ilə təchiz olunacaq. Bu barədə 4pda saytı xəbər verib. Məşhur hindistanlı insayder Sudhanshu Ambhore, Xiaomi Black Shark 3 5G smartfon modeli barəsində məlumat təqdim edib. İnsayderin məlumatlarına əsasən dünyada ilk dəfə məhz bu smartfon 16 GB-lıq RAM-ı əldə edəcək.

    Sözügedən smartfon Çinin MIIT adlı nizamlayıcı orqanın saytında Shark KLE-A0 seriya nömrəsi ilə ortaya çıxıb. Yüksək RAM göstəricisindən əlavə olaraq Black Shark 3-ün sahib olacağı daha bir üstünlük də 5G şəbəkə dəstəyi olacaq. Hələ bir neçə müddət bundan öncə Xiaomi təmsilçilərindən biri qeyd etmişdi ki, 5G şəbəkə dəstəkli gamer smartfonu artıq hazırdır və o hal hazırda şirkət daxilində testlərdən keçir. Black Shark 3 5G smartfon modelinin nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.