Dünyanın ən hündür göydələninə ildırım düşdü

Şiddətli yağışlarla bağlı bir neçə gündür çətin günlər yaşayan Birləşmiş Ərəb Əmirlikləri bu dəfə ildırım xəbəri ilə gündəmə gəlib. 

Dünyanın ən hündür göydələninə ildırım düşdü
https://peyk.az

“Haber Global” xəbər verir ki, bu ölkədə yerləşən dünyaca məşhur, planetin ən hündür göydələni olan “Bürc Xəlifə”yə ildırım düşüb.  

Bina ildırımdan ciddi xəsarət görməyib. 

Həmin anlar cib telefonu kameralarına düşüb.