Dünyanın daha bir nöqtəsi silkələndi

Meksikanın cənubunda 5,4 bal gücündə zəlzələ olub.

Dünyanın daha bir nöqtəsi silkələndi
https://peyk.az

Peyk.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri ölkənin Querrero əyalətindəki Bacos del Ecido şəhərində yerləşən zəlzələnin yerin 17 km dərinliyində olduğunu bildirib.

İlkin məlumata görə, tələfat və fəsad yoxdur.

Şiddətli sarsıntılardan sonra həmin bölgədə ən böyüyü 4 bal olmaqla, onlarla avterşok qeydə alınıb.

Qeyd edək ki, Meksikada ötən gün 4,8 bal gücündə zəlzələ olmuşdu.