Emil “Tobol”dan ayrılacaqmı? – Atası danışdı

"Tobol”da çıxış edən millimizin üzvü Emil Balayevin komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Qazaxıstan klubundan ayrılacağı haqda xəbərlər yayılıb.

Emil “Tobol”dan ayrılacaqmı? – Atası danışdı
https://peyk.az

Məsələ ilə bağlı 25 yaşlı qapıçı ilə əlaqə saxlamaq istəsək də, mümkün olmadı. Emilin atası Nazim Balayev isə qısa açıqlamasında bunları deyib:

“Mətbuatda çox şey yazırlar. Bu yaxınlarda bu barədə açıqlama verəcəyik. Onda hamısı aydın olacaq. Hər şey Allahın əlindədir. Yaxşı olacaq".

Xatırladaq ki, Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.