Erməni politoloq: “Paşinyan Qarabağ probleminə bələd deyil və bələd olmaq istəyi də yoxdur”

Peyk.az xəbər verir ki, bunu Ermənistanın “Politekonomia” Tədqiqat İnstitutunun direktoru Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb.

Erməni politoloq: “Paşinyan Qarabağ probleminə bələd deyil və bələd olmaq istəyi də yoxdur”
https://peyk.az

Paşinyan bildirir ki, danışıqlar masasında Qarabağ mövzusunda hər hansı sənəd yoxdur və danışıq da yoxdur.

“Onun dediklərində həm yalan, həm də həqiqət var. Yalan budur ki, danışıqlar var və əvvəlki hakimiyyətdən qalmış sənəd masadadır. Danışıqlara gəlincə, onlar kifayət qədər intensivdir. Həqiqət budur ki, Paşinyan bunu səmimi olaraq danışıq hesab etmir. Nikol başqalarının ağzı ilə “Madrid prinsipləri”ni rədd etmək, bununla da faktiki olaraq danışıqlar prosesini pozmaq və müharibə ehtimalını artırmaq istəyir. Məsuliyyətdən yayınmaq və onu başqalarının üzərinə atmaq üçün Paşinyan Qarabağda “kastinq” elan edib. Paşinyan Qarabağ probleminə bələd deyil və bələd olmaq istəyi də yoxdur”, - deyə Tevanyan bildirib.